Erməni əsgərin atəş açdığı əraziyə baxın… – General

09:02 - 13 Fevral 2024 - CƏMİYYƏT

 Erməni əsgərin atəş açdığı əraziyə baxın… – General

Əslində 10 noyabr 2020-ci il tarixindən bəri keçən müddət ərzində Ermənistan heç vaxt Azərbaycanın xoş niyyətini tam dəyərləndirə bilməyib. İndi də Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanatdakı öhdəliklərdən boyun qaçıraraq dövlətə yaraşmayan hərəkətlər edir.

Bu sözləri BUTA.TV-a Ermənistanın şərti sərhəddə törətdiyi son təxribat haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General bildirib ki, Ermənistan tərəfi son təxribatı araşdıracağını desə də, hər şeyə hazırlıqlı olmalıyıq:

“Bu təxribat ilk deyil, son da olmayacaq. Çünki Azərbaycan XİN-in də yaydığı məlumatda bildirildiyi kimi, atəşin açıldığı həmin ərazi AB missiyasının fəaliyyət zonasıdır. Ermənistanın AB-nin qurduğu hansısa kirli planın bir parçası olma ehtimalı da var. İrəvanı silahlandıran qüvvələr öz mənfəətləri üçün Cənubi Qafqazda yenidən müharibənin alovlanmasını istəyir və revanşist duyğular ilə yaşayırlar. Hətta Paşinyanın sülh müqaviləsinin imzalanması yubansa belə, qarşılıqlı şəkildə gücdən istifadədən imtina haqqında təklifinin arxasında da Qərbin bölgəyə daxil olma məqsədi dayanır. Belə ki, Azərbaycanı davamlı tələyə çəkmək yolu ilə beynəlxalq arenada təhdid kimi göstərmək, eyni zamanda məsələni çoxtərəfli qlobal problemə çevirmək və bölgədə hərbi varlıqlarını artırmaq istəyirlər”.

Karauz İrəvan və onu dəstəkləyənlərə xəbərdarlıq edib:

“Ermənistan Türkiyə və Azərbaycanın sülh üçün uzatdığı ələ güllə ilə qarşılıq verir. Ancaq Paşinyan hökuməti və bölgədə kirli planları olanlar son üç ildən artıq müddətdə baş verənləri və Şuşa Bəyannaməsini unutmamalıdır”.

Qeyd edək ki, dünən şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Ordumuzun Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə DSX hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol