XİN son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.
XİN-dən BUTA.TV-a verilən məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.
“Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan gələn təhlükəni aradan qaldırıb. Bu, sırf cavab tədbiri idi.
Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - məlumatda qeyd olunub.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
- İran Hörmüzlə bağlı razılaşdı: Tezliklə elan ediləcək
- Paşinyan Göyçə gölündə çimdi - Video
- Rəşid haqqı olanı aldı! - Video
- Kiyevdə partlayışlar baş verdi
- Türkiyə XİN bəyanat yaydı: Bu hücumu şiddətlə qınayırıq
- Pezeşkian Nəhyan ilə görüşdü
- İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər
- 26 mərtəbəli bina cəmi 120 saata tikildi - Video