Bununla bağlı danışıqlar gedir, həll olunmamış məsələlər isə çoxdur. İndiki məqamda ən aktual məsələ sülh sazişidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov erməni politoloqların Azərbaycanın erməni işğalında olan 8 kənddən anklav olmayan 4 kəndi hərbi yolla azad edə biləcəyi haqda iddialarına münasibətində deyib.
O bildirib ki, erməni tərəfi qəsdən belə fikirlər yayaraq, özlərinə məxsus mövqeyi təbliğ edirlər:
“Bu cür fikirlər ətrafında da Fransa kimi ölkələr öz siyasətini qurur ki, guya Ermənistanı müdafiə etmək lazımdır. Axı nədən, kimdən? Sülh sazişi çərçivə sazişi olacaq, sərhədin haradan keçməsi isə bağlı isə ikitərəfli komissiya bəlli xəritələr əsasında qərar verəcək”.
- İranın liman şəhərində partlayış oldu
- Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
- Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
- “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın - Fotoları
- Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
- “And olsun vermərəm, Qurban ətidir, nəsə yoxdur” - Aeroportda çətin anlar+Video
- Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
- İsraildən Britaniya ilə bağlı sərt addım