Novruz bayramında 7 gün iş olmayacaq.
BUTA.TV xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.
Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.
- Azərbaycanda qeyri-adi daş kürə tapıldı - Foto
- Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video