Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub.
BUTA.TV xəbər verir ki, bu barədə “Dövlət satınalmaları haqqında” Azərbaycanın yeni Qanununun tətbiqi ilə bağlı tədbirdə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb.
"Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. Xüsusilə, dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır”, - F. Nəcəfli qeyd edib.
- Bu çimərliklərdən istifadə qadağan edildi
- Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü
- Bakıda ölümə gedən piyadalar – Video
- Fuad Nəcəfli haqda şok: Yeni vəzifə verilir?
- Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
- Sosial yardımlar alanların nəzərinə!
- Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
- “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb