Antalya Diplomatik Forumunda ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti ilə bu ölkəyə gedəcəyini açıqlayan Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşün gündəmi ilə bağlı bəzi detalları açıqlayıb.
BUTA.TV xəbər verir ki, onun sözlərinə görə, Blinkenin dəvəti ilə strateji mexanizm toplantısı keçirmək üçün gələn həftə ABŞ-a səfər planlaşdırılıb. "Məqsəd iki ölkə arasında təkcə təhlükəsizlik məsələlərinin deyil, həm də enerji, siyasi iqtisadiyyat və regional məsələlərin müzakirə olunduğu platforma yaratmaqdır. Biz geniş spektrli məsələlər üzrə ABŞ-la münasibətlərimizi nəzərdən keçirəcəyik" - XİN başçısı bildirib.
Hakan Fidanın açıqlama verəcəyi mövzular arasında terrorla mübarizə önə çıxır.
Türkiyənin “Hürriyet” qəzetinin ABŞ mənbələrindən əldə etdiyi məlumata görə, İŞİD-ə qarşı birgə mübarizə ABŞ tərəfinin prioritet mövzularındandır. Son 6 ayda hər iki ölkənin qatıldığı görüşlərin konstruktiv keçdiyini bildirən ABŞ mənbələri diplomatik təkmilləşmənin əldə olunduğu qənaətindədir.
Türkiyə üçün ən önəmli mövzu ABŞ-ın PKK-nın Suriya qolu olan YPG-yə verdiyi dəstəkdir. Mövzu ilə bağlı sualı cavablandıran ABŞ rəsmiləri deyib:
“Biz Suriyada İŞİD-ə qarşı mübarizənin davam etməli olduğunu düşünürük. 6 ay ərzində çox məhsuldar görüşlərimiz olub. Həm Suriyada, həm də Əfqanıstanda İŞİD-ə qarşı mübarizə ilə bağlı müzakirələr keçirilib. Hesab edirik ki, bu baxımdan diplomatik təkmilləşmə əldə olunub. Suriya məsələsi mühüm mövzu olaraq qalmaqda davam edəcək. Bu məsələdə mübarizəmiz güclüdür və daha da güclənəcək. Siyasətdə dəyişiklik yoxdur, İŞİD koalisiyasında dəyişiklik yoxdur. Bu, çətin məsələdir, biz konstruktiv olmağa çalışırıq. Biz hər iki ölkənin mövqeyini başa düşürük. Bizim Türkiyə ilə də paylaşdığımız ehtiyaclarımız var. Türkiyənin üzləşdiyi riskləri başa düşürük və riskləri aradan qaldırmaq üçün çalışırıq”.
Qarşılıqlı investisiyalar, xüsusilə də bərpa olunan enerji mənbələri və müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq görüşdə mühüm mövzular arasında olacaq. ABŞ mənbələri Strateji Mexanizm Toplantısında yalnız iki ölkə arasında investisiyaların deyil, üçüncü ölkələrə, o cümlədən Afrika ölkələrinə ortaq investisiya imkanlarının da müzakirə ediləcəyini bildirib. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları məsələsi də son zamanlar iki ölkə arasında problemli iqtisadi məsələlər sırasındadır. Dövlət rəsmiləri ilə yanaşı, Türkiyənin özəl sektoru və maliyyə qurumları ilə də görüşərək bu mövzuda maarifləndirməyə çalışdıqlarını bildirən ABŞ rəsmiləri, Strateji Mexanizm toplantısında sanksiyaların da gündəmdə olacağını bildirib.
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib
- Məhkəmədə Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi
- “Zəfər” ordenli generala yüksək vəzifə verildi
- Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto
- Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm