Feysbuk və İnstaqram sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Əlavə edək ki, Feysbuk və İnstaqramdakı qlobal problem az öncə qismən aradan qaldırılıb.
- İnfantinonu təndiq edən yüksəkvəzifəli şəxs işdən çıxarıldı
- Ev almaq istəyənlərin diqqətinə: Bu tarixləri gözləyin!
- Kamilə Babayevaya ağır itki
- DİM sədri ixtisas seçimindən yazdı: Özünüzə bu 5 sualı verin
- 6 nəfərin öldüyü hadisə yerindən - Görüntülər
- İki məktəb direktoru işdən çıxarıldı - Səbəb
- DİM-dən 700-ə yaxın şəxsə xoş xəbər
- Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi