Ukrayna vurdu: Rusiyada yanacaq anbarı yanır

13:38 - 6 Mart 2024 - GÜNDƏM

 Ukrayna vurdu: Rusiyada yanacaq anbarı yanır

Ukraynaya məxsus daha bir PUA Kursk vilayətinin Jeleznoqorsk rayonunda A.V.Variçev adına Mixaylovski mədən və emal zavodunda yanacaq-sürtkü materialları anbarına hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt deyib.

“Ukraynanın ikinci PUA-sı Jeleznoqorsk vilayətindəki Mixaylovski mədən və emal zavodunun yanacaq-sürtkü materialları anbarına düşüb. Yanğın başlayıb, xəsarət alan olmayıb, hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub”,- o bildirib.

Şirkətin mətbuat xidməti isə vurğulayıb ki, hazırda yanğının söndürülməsi davam etdirilir.

Hazırda Jeleznoqorskda raket təhlükəsi elan edilib. ​


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol