Azərbaycanda gəmi istifadəçisi cərimələndi - Video

15:06 - 6 Mart 2024 - GÜNDƏM

 Azərbaycanda gəmi istifadəçisi cərimələndi - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, Şirvan şəhər sakini Rafiq Gülbala oğlu Əliyev inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol