Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.
Bu barədə BUTA.TV-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Sabahdan martın 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu