Zaxarova: Alman səfir bunu inkar etmədi

16:34 - 6 Mart 2024 - GÜNDƏM

 Zaxarova: Alman səfir bunu inkar etmədi

Krım körpüsünə hücumla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya XİN-ə çağırılan Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf görüş zamanı yayımlanan səs yazısının həqiqiliyinə şübhə etməyib.

BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Alman səfir bu səs yazısının real olduğunu şübhə altına almadı”, - o bildirib.

Qeyd edək ki, Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol