Əmioğlulardan dəhşətli əməl: Məktəbli qızı kimsəsiz evə aparıb...

07:43 - 7 Mart 2024 - KRİMİNAL

 Əmioğlulardan dəhşətli əməl: Məktəbli qızı kimsəsiz evə aparıb...

Şamaxıda 1994-cü il təvəllüdlü İlkin əmisi oğlunun yetkinlik yaşına çatmayan Vəfa (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olmasını videoya çəkib və daha sonra qızı hədələyib.

Teleqraf.com-un məlumatına görə, İlkin 2022-ci ilin noyabr ayının əvvəllərində həmkəndlisi, yetkinlik yaşına çatmayan Vəfanın əmisi oğlu Əli ilə seksual xarakterli hərəkətlər etdiyini görüb.

O, bunu mobil telefonla videoya çəkdikdən sonra həmin gün “Instagram” sosial şəbəkəsində Vəfaya yazıb və onunla da seksual xarakterli hərəkətlər etməsini təklif edib. Vəfa İlkinin bu təklifini rədd edib.

İlkin həmin videonu mobil telefonunda saxladığını bildirib və Vəfanı hədələyib. Təklifini qəbul etməyəcəyi təqdirdə sözügedən videonu Vəfanın valideynlərinə göndərəcəyini və kənd sakinləri arasında onu rüsvay edəcəyini bildirib.

Bu hədələrlə o, Vəfanı seksual xarakterli hərəkətlərə məcbur edib.

“Cinsi əlaqədə olacağını dedi”

İlkinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həmkəndlisi Vəfanın əxlaqsız həyat tərzi sürdüyünü eşitsə də, onun kiminlə və nə vaxt cinsi əlaqədə olmasını bilməyib:

“Əmim oğlu Əli mənə 2022-ci ilin noyabrın əvvəllərində Vəfa ilə “Instagram” sosial şəbəkəsində mesajlaşdığını dedi. Əlidən yaşca böyük olduğumdan ona Vəfa ilə əlaqə saxlamamasını və gələcəkdə bunun problemlər yarada biləcəyini dedim. Əli isə bir neçə gün sonra, yəni 2022-ci ilin noyabrın əvvəllərində, saat 13 radələrində Vəfa ilə xalası Fatmaya məxsus, heç kimin yaşamadığı evdə cinsi əlaqədə olacağını dedi”.

“İntim hərəkətlər etməyə başladı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabrın əvvəllərində, günorta saat 12 radələrindən Fatmaya məxsus evin yaxınlığından keçən zaman Vəfanın hasardan aşaraq həyətə daxil olduğunu görüb:

“Mən də onun arxasınca hasardan aşaraq həyətə daxil oldum. Həyətdə yerləşən sanitar qovşağın qapısının bağlı olduğunu, içəridənsə səslərin gəldiyini eşitdim. Qapını açmağa cəhd etsəm də, bağlı olduğunu gördüm.

Təxminən 10-15 saniyə sonra Əli sanitar qovşağın qapısını açdı. Vəfanın Əli ilə birlikdə sanitar qovşaqda olduğunu gördüm. Vəfadan niyə burada olduğunu və Əli ilə sanitar qovşağında nə etdiyini soruşdum. Vəfa həmin yerə gəlmələrinin səbəbini Əlidən soruşmağımı istədi”.

“Məqsədim cinsi əlaqədə olmaq idi”

İlkin qeyd edib ki, həmin vaxt Əli ilə Vəfanın intim hərəkətdə olmalarını mobil telefon vasitəsi ilə təxminən 15-20 saniyəlik videoya çəkib:

“Vəfa onları videoya çəkdiyimi gördü, çəkilişi saxlamağımı istədi. Mən də çəkilişi dayandırdım. Həmin videonu çəkməkdə məqsədim Vəfanı hədələyib, onunla cinsi əlaqədə olmaq idi”.

“Videonu yaymaq məqsədim olmayıb”

İlkin qeyd edib ki, Vəfa ilə amansız rəftar etməyib, ləyaqətini mütəmadi alçaltmayıb, ona hədə-qorxu gəlməkdə məqsədi isə cinsi əlaqədə olmaq olub:

“Həmin videonu çəkməkdə məqsədim videogörüntünü yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, gəlir əldə etmək olmayıb”.

İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, o, atası, anası, bacısı və qardaşı ilə birlikdə yaşayır:

“Orta məktəbin doqquzuncu sinif şagirdiyəm. 2022-ci ilin noyabrın əvvəllərində məktəbdən çıxdıqdan sonra günorta saat 12 radələrində Əli məni qonşuluqda yerləşən xalasına məxsus, heç kimin yaşamadığı evə dəvət etdi. Əlinin sözlərinə görə, xalası və onun ailə üzvləri Bakı şəhərində yaşayırlar.

Əlinin dediyi vaxt həmin evə gələrək hasardan aşıb həyətə daxil oldum. Giriş darvazası ilə üzbəüz birmərtəbəli fərdi yaşayış evi, sol hissədə talvar, sağ hissədə isə tualet və hamam kimi istifadə edilən tikililər vardı.

Mən həmin evə gəldikdə Əli artıq məni orada gözləyirdi. Girişdən sağ tərəfdə yerləşən tualetə daxil olduq. Birbaşa məktəbdən gəldiyim üçün əynimdə məktəbli forması var idi. Əli ilə tualetə daxil olduqdan sonra mənə əxlaqsız, iyrənc hərəkətlər etməyi təklif etdi. Daha sonra tualetin qapısı döyüldü. Əli qapını açdı. Orada təxminən 25-28 yaşında olan saqqallı bir oğlan dayanmışdı, həmin şəxsi əvvəllər görməmişdim. Əlidən onun kim olduğunu soruşdum. Əli həmin şəxsin kənd sakini Səid olduğunu, aralarında heç bir qohumluq əlaqələrinin olmadığını dedi”.

“Bizi videoya çəkdi”

Vəfa qeyd edib ki, daha sonra rayon polis şöbəsinə dəvət edilən zaman həmin şəxsin adının əslində İlkin olduğunu, həm də Əlinin əmisi oğlu olduğunu öyrənib:

“Özünü Səid kimi təqdim edən İlkin ev sahibinin qohumu olduğunu dedi, bizim həmin evdə görüşdüyümüzə görə iradını bildirdi. Daha sonra İlkin mobil telefonunu çıxarıb bizi videoya çəkməyə başladı. Buna etiraz etsəm də, Əli mənə narahat olmamağımı, həmin videonu heç bir şəxsə göstərməyəcəyini dedi. Bundan sonra Əli məni bir daha hədələdi. Məcbur olub Əlinin iyrənc hərəkətlər etməsinə razılıq verdim. İlkin təxminən iki-üç dəqiqə bizi videoya çəkdi. O, videonu heç kimə göndərməyəcəyini dedi. Daha sonra üçümüz də həmin evi tərk etdik. Əli mənə həmin videonu sildirəcəyinə söz verdi”.

“Cinsi əlaqədə olacağımı dedim”

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, Vəfa ilə cinsi əlaqədə olmağını əmisi oğlu İlkinə bildirib:

“Vəfa ilə növbəti dəfə cinsi əlaqədə olarkən İlkini də dəvət edəcəyimi dedim. Dəvətdə məqsədim cinsi əlaqədə olduğumuz anı çəkməsi və sonradan həmin video ilə Vəfanı şantaj etmək olub. Çünki Vəfanın əvvəllər əxlaqsız hərəkətlər etdiyini bilsəm də, əlimdə ona aid hər hansı foto və ya video olmayıb.

Sözügedən hadisədən təxminən 20 gün sonra Vəfaya hədə-qorxu gələrək mənimlə cinsi əlaqədə olması üçün məcbur etmişəm”.

Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin bir il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlkinin cinayət işi üzrə adı keçən şahid Əlinin barəsində cinayət işi ayrıca icraata götürülüb. Ona Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol