“Turan Tovuz” “Fənərbaxça”ya qarşı - Yenilənir
Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
“BUTA.TV” xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 20:00-da başlayacaq. Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.
Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
3 oktyabr
20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Matç başladı.
Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?