Martın 22-də terror aktı nəticəsində yandırılan “Krokus Siti Holl” Rusiyada ən böyük mərkəzlərindən biri olan “Krokus Siti”yə daxildir.
BUTA.TV xəbər verir ki, “Krokus Siti”nin əsası azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Qrup” tərəfindən 2000-ci ildə qoyulub. “Krokus Siti” Moskva vilayətinin Volokolamsk şoşşesi ilə Moskva Dairəvi Avtomobil Yolunun kəsişməsində yerləşən 90 hektar əraziyə malik bataqlıq sahəsinin qurudulması nəticəsində inşa edilib.
2001-ci ildə burada Rusiyanın ilk hipermarketi olan “Tvoy dom”un əsası qoyulub. 2002-ci ildə Moskvadan kənarda ilk lüks ticarət mərkəzi "Krokus Siti Moll", 2004-cü ildə Avropanın ən böyük sərgi mərkəzi olan “Krokus Ekspo”, 2009-cu ildə Rusiyanın ən böyük konsert zalı olan “Krokus Siti Holl”, 2013-cü ildə isə “VEQAS Krokus Siti” ticarət-əyləncə mərkəzi açılıb.
Kompleksin ərazisində Moskva metropoliteninin “Myakinino” stansiyası da var.
“Krokus Siti”yə “Shore House” restoran-yaxt klubu, “Boxcity” pop-up marketi, “Akvarium” oteli, “Krokus Siti Okeanarium”, “Krokus Fitness Studio”, “Veqas Siti Holl” konsert zalı da daxildir.
Qeyd edək ki, terror aktının baş verdiyi “Krokus Siti Holl” konsert zalı dahi azərbaycanlı müğənni Müslüm Maqomayevin adını daşıyırdı. Yanğın zamanı M.Maqomayevin orada yerləşən muzeyi də yanmışdı.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək