Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli idarəetmə seçkiləri ilə bağlı AKP-nin Mərkəzi Qərargahında vətəndaşlara müraciət edib.
BUTA.TV müraciətində seçki məğlubiyyətinə bu cür reaksiya verib:
“Əziz millətim, əziz ankaralılar, əziz qardaşlarım, sizi ən səmimi hisslərimlə, sevgim və hörmətimlə salamlayıram. Eyni zamanda, buradan bütün Türkiyəni və 85 milyonun hər bir fərdinə hörmətlə salamlarımı çatdırıram. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə bizim demokratiyadır.
Martın 31-də keçirilən seçkilər son 22 ildə 18-ci seçki imtahanımız oldu. 14-28 may seçkilərindəki qələbəmizdən 9 ay sonra, təəssüf ki, yerli seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik. AKP və Cümhur İttifaqı olaraq bu seçki üçün əvvəlkilər kimi intensiv şəkildə hazırlaşdıq.
Qardaşlarım, bu günə həmişə demokratiyanın, milli iradənin, düzgün seçkinin tərəfində olmuşuq. Bu gün də eyni məsuliyyət hissi ilə hərəkət edirik. Biz millətin möhtəşəm iradəsindən üstün olan heç bir güc tanımırıq.
Türkiyənin qarşısında xəzinədən də dəyərli daha 4 il var. Hamımızın birlikdə bu vaxtdan səmərəli istifadə etməyimiz vacibdir. Millətin, məmləkətin vaxtını alacaq müzakirələrlə bu dövrü sərf edə bilmərik. Hakimiyyətin 21-ci ilini başa vurmuş bir siyasi partiya olaraq həm hökumətdə, həm də yerli özünüidarəetmə orqanlarında üzərimizə düşən vəzifələrin fərqindəyik. Biz daha çox ölkəmizin aktual məsələlərinə, xüsusilə zəlzələ zonasının dirçəldilməsinə, iqtisadi problemlərimizin aradan qaldırılmasına diqqət yetirəcəyik”.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır