Amerikanın “Forbes” jurnalı dünyanın ən zəngin iş adamlarının illik reytinqini dərc edib.
BUTA.TV xəbər verir ki, jurnalın rus versiyası qeyd edir ki, oradakı rusiyalı milyarderlərin sayı 110 nəfərdən 125 nəfərə qədər artaraq rekorda çatıb.
Rusiya milyarderlərinin ümumi sərvəti il ərzində 14% artaraq 576,8 milyard dollara çatıb.2021-ci ilin rekordunu qırmaq mümkün olmayıb. O zaman 123 rusiyalının kapitalı 606,2 milyard dollar təşkil edib.
Məlumata görə, “Lukoyl”un qurucusu Vahid Ələkbərov ilk dəfə olaraq Rusiyanın ən zəngin iş adamı (dünya reytinqində 59-cu yer) kimi tanınıb. Onun sərvəti il ərzində 20,5 milyard dollardan 28,6 milyard dollara qədər artıb ki, bu da milyarderə siyahıda beş pillə yüksəlməyə imkan verib.
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı