İran İsraili necə vuracaq? Bu sual gündəmi məşğul edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Qasım Süleymani İraqda öldürüldükdə Tehran bunun intiqamını alacağını vəd etmişdi. İntiqam ondan ibarət oldu ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket atdı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluq binasını vurması və SEPAH-ın iki general və 5 zabitinin ölümünə Tehranın necə cavab verəcəyi barədə müzakirələr haqda qeyd edib.
“Tehran İsrailin İranın Suriyadakı konsulluq binasında hava zərbəsi nəticəsində generallarının qətlinə görə yenə intiqam vədi verib. İranın Süleymani nümunəsində olduğu kimi, Amerikaya əli çatmır, birbaşa İsraili hədəf alması da problematikdir. İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşdırmaq gücünə malikdir. Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsilə İsrailə zərər vura bilər. Ayrıca İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb. Bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Ancaq bu amil Tehranı çox da narahat etmir”, - o bildirib.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video