Müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.
Buta.tv xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. T.Nəsirli qeyd edib ki, C.Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.
Xatırladaq ki, C.Məmmədov retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava