İranın yaxın 24-48 saat ərzində İsrailə şimaldan və ya cənubdan birbaşa hücum edəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib. Nəşrin adını açıqlamayan həmsöhbəti hücum planlarının müzakirə edildiyini, lakin hələlik yekun qərarın verilmədiyini açıqlayıb.
“Axios” portalının məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian alman həmkarı Annalena Baerboka söz verib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Tehranın cavabı məhdud olacaq.
Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum edib. Hücumda iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti həlak olub./Musavat.com
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir
- Trampın anonsu: Putin necə qisas alacaq? – Markov
- Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert