Əməkdar artist Cavanşir Məmmədovun ölümü ilə bağlı fakt üzə çıxıb.
BUTA.TV Olay-a istinadən xəbər verir ki, bu barədə “Bizimləsən” proqramında onun duet ortağı Firuzə İbadova məlumat verib. O bildirib ki, sənətçiyə ölümündən öncə bir şəxs zəng edib:
“Bir zəng gəlib, telefon əlindən düşüb. Deyib ki, bu nömrəni qeyd edin. Cavanşir müəllim çox dəqiq insan idi, səhv etməyi, yalan danışmağı sevmirdi. Bir sözü sübutla, faktla deyirdi ki, budur. O, yalanı sevmirdi. O yalanı sübut edənə qədər ona əzab-əziyyət olmazdı. Onun ürəyi paralandı, ürəyində 4 stand var idi. Ölən deyildi. Özünə çox baxırdı”.
Daha sonra aparıcı Zaur Baxşəliyev F. İbadovanın açıqlamasına əlavə olaraq bunları söyləyib:
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
“Əlində qeyd dəftəri olub, nömrəni tam yaza bilməyib, əlindən düşüb. Qızı dedi ki, atam çox əsəbiləşdi. Ümumiyyətlə son dövrlər çox əsəbiləşirdi, haqqında qara piar aparıldı, bəlkə də, üstünə çox gedildi. O zaman dəstək olundumu ki, bu insan sənətkardır, ona toxunmaq olmaz? Bilirəm, Cavanşir müəllimi heç nə geri qaytarmayacaq”.
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir
- ABŞ İsraildən İrana hücum etməməsini istədi
- AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
- Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar