Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.
BUTA.TV Qaynarinfo-ya istinadən bildirir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə İlham Aqil oğlu Ağayev təyin olunub.
Qeyd edək ki, ötən ilin avqust ayında ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev 32.5, 308.2, 32.5, 311.3.3-cü maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) etdiyinə görə həbs edilib.
Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının müdiri Fazil Elman oğlu Əkbərov vəzifəsindən azad edilərək həmin filialda müdirin müavini təyin edilib. Qarabağ regional filialının müdiri vəzifəsinə Elnur Əhəd oğlu Həsənov gətirilib.
Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının müdiri Anar İsmayıl oğlu Hüseynov vəzifəsindən azad edilib. Onun yerinə Həzrət Babaverdi oğlu Orucov gətirilib.
Qeyd edək ki, təyinatlar ayrı-ayrı vaxtlarda edilib.
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı