Sosial şəbəkələrdə paytaxtda bulvar ərazisində yerləşən “Panoram attraksionu”nun (Şeytan çarxı) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara rast gəlinib. Bu, əylənmək istəyənləri bir qədər narahat edib.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva “Şeytan çarxı”nın fəaliyyətinin dayandırması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
“Şeytan çarxı” fəaliyyətini dayandırmayıb. Attraksion fəaliyyət göstərir. Yayılan məlumatlar absurddur. Attraksionun fəaliyyəti ümumiyyətlə dayandırılmayıb. Sadəcə küləkli hava şəraitində işləməsi mümkün deyil. Fəaliyyətə başladığı ilk gündən bu prinsiplə çalışır”, - Ə.Mehdiyeva qeyd edib.
Qeyd edək ki, attraksion 2014-cü ildən fəaliyyət göstərir. Ötən il təmirə bağlanan “Şeytan çarxı” bu il martın 16-da fəaliyyətini bərpa edib.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok