Bizə aid olmayanlarla məşğul olduğumuz üçün heç bir zaman müstəqil olmadıq, başqalarından aslı olduq, bizim yerimizə başqa ölkələr qərar verdi. Artıq suveren və azad olmaq vaxtıdır.
BUTA.TV “CaucasianLive”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib.
“Bunun yeganə yolu isə qonşu dövlətlər ilə normal, hesablana bilən, mehriban və əməkdaşlıq yönümlü münasibətlər qurmaqdan keçir.
Biz buradayıq, onlar da daima burada olacaqlar. Bizim gedəcəyimiz başqa yer yoxdur. Bunu anlayaraq bu ölkələr ilə normal münasibət qurmalıyıq”, - Paşinyan vurğulayıb.
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants
- “Gürcü ssenarisi”: Ruben Bakıdadır, Karapetyan seçkiyə girir
- Prezidentin efir məkanı ilə bağlı çağırışı - İbrahimov
- Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq