2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşımında qeyd edib.
Qeyd olunub ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb. Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.
Ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” vurdu, sayılmadı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır