İranın Şiraz şəhərində təşkil edilən şənlikdə 29 həkimin spirtli içkidən zəhərləndiyi, bir qadın həkimin öldüyü, xeylisinin komaya düşdüyü haqda məlumat yayılıb.
İlk dəfə deyil İranda spirtli içkidən ölüm halı baş verir. Amma bu dəfə həkimlərin - həm də qadın həkimlərin də içki içdiyi, əyləncə məclislərində iştirak etdiyi üzə çıxdı.
Əmin ola bilərsiniz ki, İranda təkcə həkimlər deyil, hakimlər, elə “əbalı-çalmalı” mollalar arasında da araq içənlər az deyil.
Bu tip informasiyanı izləyənlər bir məqama da yəqin diqqət ediblər. Ki, bu cür ölüm halları, içkidən zəhərlənmələr və yaxud eyş-işrətlər daha çox fars əyalətlərində baş verir. Şiraz – Fars əyalətinin mərkəzidir və ən pisi də odur ki, İranın dini mərkəzi sayılan Qumdan da tez-tez belə xəbərlər gəlir.
Bu, İran rejiminin mahiyyətidir: daxildə insanların baş örtüsünə qarışan, “əxlaq polisi”nin sayını artıran rejimin üst təbəqəsində təmsil olunanların övladları, nəvələri milyardlarla sərvətlə Avropa ölkələrində eyş-işrət içində yaşayırlar. Ayətullahların hansı “əxlaqi dəyərlər daşıyıcısı” olması isə bir ayrı aləmdir – uşaqbazlıqdan tutmuş siğə ilə rəsmiləşdirilən əxlaqsızlığa qədər, böyük bir “təcrübəsi” var İranın. Təsadüfi deyil ki, bu ölkədə “homoseksual” deyə xarici adla adlandırdığımız, türkcə qarşılığını hələ tapmadığımız məfhumun 52 qarşılığı var. Yəni bu təfəkkür nəinki farslara yaxındır, həm də tarixi zəngindir, o qədər ki, “növlərə” bölüblər və müxtəlifliklərinə görə 52 adla adlandırırlar.
İnsanların yaşam tərzinə müdaxilə edib, bu qədər məhdudiyyətlər yaradanda və qadağalar tətbiq edəndə bu iyrəncliklər daha eybəcər formada kök atır.
Bu rejim sürətlə çürüyür, deqradasiyaya uğrayır və doğrusu, indiyə qədər ayaqda qalması sadəcə möcüzədir.
Bu cür rejimlərin məhvi üçün 60 il tarixi maksimumdur – necə ki, SSRİ-nin 60 ildən sonra ciddi şəkildə deqradasiyaya uğradığı üzə çıxdı və ciddi silkələnmələr başladı, 70-ci ildə isə öldü. SSRİ-nin 70 il yaşamasının səbəbi 1941-45-ci il savaşı oldu. Bu savaş rejimi “yenilədi”, ancaq yenə də müharibədən sonra cəmi 45 il ömür sürə bildi.
Yəni rejimi yaradan birinci nəslə ikinci nəslin etirazı “qadağaları tapdamaq”la başlayır, 3-cü nəsil isə qadağanın onillərlə yaratdığı enerjini püskürüb, rejimi quranları “lava”nın altında qoyur.
İranda Şah rejimi 54 il dözə bildi – baxmayaraq ki, daha açıq bir cəmiyyət idi.
SSRİ qurulandan 17 il sonra savaşa girmişdi, İran rejimi 1 ildən sonra İraqla müharibəyə başladı.
İraqla savaş 36 ildir bitib.
Tarixi qanunauyğunluqla İran rejiminin ömrünə nə qədər qalıb sizcə?..
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək