Lənkəran şəhərində dəhşətli yol qəzası törədən gənc həbs edilib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, ötən ilin 4 noyabr tarixində Lənkəran şəhərində 2006-cı il təvəllüdlü İsmayıl Xansuvarlının ölümü ilə nəicələnən qəzanı törədən 23 yaşlı Taleh Abdulzadəyə hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, avtomobil Lənkəran Dövlət Universitetinin tələbi olan Qurban adlı gəncə məxsus olub.
O, avtomobilini sürmək üçün Talehə verib. Taleh də 17 yaşlı İsmayılla birgə avtomobilə minərək gəzintiyə çıxıb və maşını yüksək sürətlə idarə edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə İsmayıl hadisə yerində ölüb.
Məhkəmədə avtomobilin sahibi olan Qurbanın babası da zərərçəkmiş şəxs kimi tanınıb. Məlum olub ki, avtomobili babası Qurbana sürməyə veribmiş. Həmçinin dəhşətli qəzanı törədən Talehin sürücülük vəsiqəsinin olmaması da müəyyənləşib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel tarixli hökmü ilə Taleh Abdullzadəyə 2 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, dərhal məhkəmə zalındaca həbs edilib.
Bundan başqa təqsirləndirilən şəxsdən 15 min manat tutulmasına və avtomobil sahibinə ödənilməsinə də qərar verilib.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz