"Azercell"in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar
16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə Azercell Telekom MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.
Hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilir. Hər tədris ilinin əvvəlində Beynəlxalq Olimpiadalara hazırlaşan şagirdlərin seçimi milli olimpiada və müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər arasında təşkil olunur.
Qeyd edək ki, 2017-ci ildən etibarən Azercell Telekomun Elm və Təhsil Nazirliyinin əməkdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib, əldə etdikləri medal sayını 4 qızıl, 21 gümüş və 45 bürünc olmaqla ümumilikdə 70-dək artırıblar.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?