Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın Azərbaycana qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar. Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq, sahiblərinin könlünü xoş etmək istəyirlər”, – Asim Mollazadə bildirib.
Millət vəkili əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya mediasında dəfələrlə məlumatlar dərc edilib. Sadəcə, hakim partiyanın üzvü olduğuna görə onunla bağlı istintaq yekunlaşmır:
“Şvabe həmişə olduğu kimi, bu dəfə də öz sözünü yox, sifariş aldığı sahiblərinin sözünü deyir”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir