Ermənistan və İran aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Bundan başqa, Ermənistan aviasiyasının nümayəndələrinin Tehranda İran təcrübəsini yerindəcə öyrənməsi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxşi arasında müvafiq razılıq əldə olunub:
“Görüş zamanı tərəflər təyyarələrə texniki xidmət göstərilməsi, mütəxəssislərin yenidən hazırlanması, iki ölkə arasında uçuşların sayının artırılması, eləcə də tranzit uçuşların inkişafı imkanlarını müzakirə ediblər”.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır