Geqarkunik rayonu minalardan təmizlənir və boşaldılır.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Armine Adibekyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan qoşunları sözügedən ərazilərdən çıxarılır: "Qoşunlarımız Çəmbərəkdən (Qırmızıkənd - red.) və Cildən (Göyçə mahalı - red.) çəkilməyə başlayıb. Onlar çox vacib mövqelərdir, Tavuşun mövqeləri qədər mühümdür, artıq Vardenis bölgəsində kəndlər boşaldılır, yəni əhali öz evlərini tərk etməyə məcbur edilir. İnsanlara nə vəd veriblər bilmirəm, amma hələ də bu haqda danışmırlar. Hər halda, Azərbaycanın planına görə, onlar Kəlbəcərdən Geqarkunikə girəcəklər, Sevanı böləcəklər, oradan Vaikə girəcəklər, sonra Ermənistanı Sünikdən uzaqlaşdıracaqlar".
Qeyd edək ki, Cil kəndi Göyçə gölünün sahilində yerləşən 5 kənddən biridir.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır