Qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan Aslan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən təqsirləndirilən şəxs Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
- Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb
- Quru sərhədlərin açılması barədə vacib açıqlama
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək