Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa da çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk Feysbuk hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.
"Ölkəm adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə və Prezident Zelenskinin Ukrayna sülh formulunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim. Məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizlənmə məsələlərində", - o deyib.
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib