ABŞ Rusiyanın İran və Şimali Koreya ilə hərbi əməkdaşlığını diqqətlə izləyir və digər ölkələrin Moskvanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə cavab verəcək.
BUTA.TV xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Onun sözlərinə görə, Vaşinqton Şimali Koreya, Rusiya və İran arasında münasibətlərin dərinləşməsindən narahatdır.
Sinq qeyd edib ki, Vaşinqton vəziyyəti nəzarətdə saxlamaqda davam edir və regiondakı müttəfiqləri ilə qarşılıqlı əlaqəni artırır:
“Vaşinqton Ukraynanı cəbhə üçün lazım olan silahlarla təmin edir və müharibədə Rusiyaya kömək edənlərə qarşı sanksiyalar tətbiq edir”.
O, KXDR-in Ukraynaya qarşı Rusiya tərəfində döyüşmək üçün öz vətəndaşlarını göndərməsi ilə bağlı məlumatı təsdiqləməyib.
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır
- “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı