Fransada məhkəmə 76 yaşlı təqaüdçünü ölkə Prezidenti Emmanuel Makronu və onun həyat yoldaşını hədələdiyi üçün 6 ay həbs cəzasına məhkum edib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, təqaüdçü Sosial Xidmət Mərkəzinin əməkdaşına məktub ünvanlayıb, orada prezidentin və onun həyat yoldaşının boğazını dişləyəcəyini bildirib, məktuba müvafiq məzmunlu foto-kollaj da əlavə edib. O, həmçinin Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı Makronu təhdid edə biləcək risklərdən yazıb.
Təqaüdçünün vəkili isə qeyd edib ki, məktub mahiyyət etibarı ilə xeyli maddi sıxıntısı olan və sosial mənzil ala bilməyən, bu səbəbdən qarajda yaşamaq məcburiyyətində qalan qocanın kömək çağırışıdır. Təqaüdçü onu da bildirib ki, heç kimə zərər vermək niyyətində deyil, əks halda belə “xəbərdarlıq” yazmazdı.
Bununla belə, məhkəmə prokurorluğun vəsatətini təmin edib.
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib