Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailənin köçürülməsi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Sus kəndində 59 fərdi ev tam hazır vəziyyətdədir.
Bundan başqa, kənddə tam orta məktəb və bağça hazırdır. Kəndin məktəbi 15 sentyabr tarixində ilk şagirdlərini qarşılaya biləcək.
Məlumata görə, kənddə 1 ticarət mərkəzi, 1 ərzaq mağazası, qəsəbə boyu park mövcuddur. Bundan başqa, Sus kəndində bir 630 kVA-lıq kompleks transformator qurulub.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma keçirilib. Ailə tərkibinə uyğun olaraq ailələr 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib