Bu, yeni peyvənd deyil. Əvvəlcədən vurulan peyvəndlərin kombinasiyasıdır. Molekulyar biologiyanın ən müasir üsulları ilə indiki peyvəndlərin bir çoxu alınır. Onların vurulmasını asanlaşdırmaq üçün vaksində bir neçə infeksiya qoruyucusunun bir yerdə toplanması tendensiyası tibbdə müşahidə edilir.
Bunu BUTA.TV-a açıqlamasında tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilməsi ilə bağlı deyib.
Onun sözlərinə görə, yeni adda təqdim edilən vaksinlər Milli Peyvənd Təqvimindən əvvəl də mövcud olub, indi isə digər vaksinlərlə birgə vurulacaq:
“Bu tendensiyalar var, məsələn, Hepatit A və B vaksini bir yerdə vurulur və hər iki infeskiyadan qoruyur. Bundan öncə Milli Peyvənd Təqvimində AKDS (göy öskürək, difteriya, tetanus) var idi. Bu 3 infeksiya bir yerdə cəmlənərək AKDS şəklində uşaqlara vurulurdu. Həmin AKDS-in üzərinə daha 3 yeni vaksin gəlib. Bu, heksavaksinin tərkibinə indi Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİV əleyhinə peyvəndlər daxildir. Bunlar da Milli Peyvənd Təqvimində var. Yəni əslində heç nə əlavə olunmayıb. Üç adda peyvənd qalır, sadəcə, bunların bir şprisdə vurulması təmin edilib. Bundan sonra 6 adda vaksin bir şprisdə vurulacaq. Bu da Milli Peyvənd Təqvimini xeyli dəyişməyə, asanlaşdırmağa kömək edir”.
Həkim vaksinlə bağlı valideynlərə də xəbardarlıq edib:
“Valideynlərə də tövsiyəmiz odur ki, bu vaksinlərdən yayınmasınlar. Uşaqları peyvənd etdirməkdən çəkinməsinlər. Çünki son vaxtlar qızılcanın yayılması, baş verən ağırlaşmalar peyvəndin vacib olduğunu bir daha sübut etdi”.
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
- Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb