Tavuş istiqamətində 8 mövqe təhvil verilib, növbəti mərhələdə Geqarkunikin 12 kəndi və Qafanın 5 kəndinin sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq. Qardaşım oğlunun xidmət etdiyi Noyemberyan mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni polkovnik Volodya Hovhannisyan deyib.
Onun sözlərinə görə, ermənilər geri çəkilib:
“Söhbət 7-9 kilometrlik hissədən gedir, kilsənin sağında və solunda minalar təmizlənir ki, azərbaycanlılar maneəsiz irəliləsin. Azərbaycan bir güllə belə atmadan Ermənistanın ən güclü müdafiə xətlərindən birini qırdı”.
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
Hovhannisyan qeyd edib ki, erməni qoşunlar Geqarkunikdəki mövqelərdən də geri çəklilib.
“Hazırda 2020-ci ildən sonra qurulan minalar sürətlə təmizlənir, elə edirlər ki, səs-küy olmasın. Bir də görəcəyik ki, orada Azərbaycan kəndləri salınır. Azərbaycanlılar təkcə Geqarkunikə yox, Masisə də gələcəklər”, - o iddia edib.
Qeyd edək ki, bir müddət əvvəl hərbi ekspert Ədalət Verdiyev Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəkliyin qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlamışdı.
- Başçı özünə birinci müavin təyin etdi
- Sabah 38 dərəcə isti olacaq
- Ştaynmayer Əliyevi belə qarşıladı - Video
- Bakıda özəl klinikada ölən körpə zirzəmiyə atılıb?
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
- Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı
- Yüksək vəzifəli azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü