Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb.
Bu barədə BUTA.TV-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı ATƏT gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə edilib.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...
- FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında