17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfər batıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
FHN-in Mətbuat xidmətindən bildirilib ki,12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya dünya çempionudur! - Video-Yenilənib
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...
- FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi