HƏMAS atəşkəsə razılaşdı - İsrail susur, mənbə rədd edir...

23:12 - 6 May 2024 - GÜNDƏM

 HƏMAS atəşkəsə razılaşdı - İsrail susur, mənbə rədd edir...

Bu günə qədər İsrail HƏMAS-ın atəşkəsə reaksiyasına rəsmi cavab verməyib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

“Vesti İsrail” isə yüksək səviyyəli İsrail mənbəsinə istinadla qeyd edib ki, bu, İsrailin iştirakı olmadan birtərəfli təklifdir.

“Bu, Misirlə müzakirə etdiyimiz plan deyil. Bu, İsraili imtina edən tərəf kimi göstərmək üçün hazırlanmış HƏMAS hiyləsidir”, - İsrail xəbərləri yazır.

Bu xəbər hal-hazırda çox oxunur
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü

Digər İsrail mənbələri əlavə edib: “Misir HƏMAS-ın razılığına nail olmaq üçün birtərəfli qaydada bütün parametrləri dəyişib. Belə bir təklif İsrail üçün qəbuledilməzdir”.

Başqa bir israilli mənbə iddia edib ki, təkliflə təkcə Təl-Əviv deyil, Vaşinqton da tanış deyil.

Qeyd edək ki, HƏMAS-ın atəşkəsə razılıq verməsi Rəfah əməliyyatına hazırlıqla bağlı xəbərlər fonunda gəlib. Yada salaq ki, quru qoşunları əməliyyatlarına hazırlıq yeni səviyyəyə yüksəlib. Mayın 6-da İsrail ordusu şəhərin İsraillə sərhədə yaxın ərazilərindən fələstinliləri təxliyə etməyə başlayıb.

İsrail müdafiə nazirinin ofisi təsdiq edib ki, nazir Baş Qərargahın rəisi ilə birgə Qəzzada aparılacaq hərbi əməliyyatlar, o cümlədən Rəfah əməliyyatı planını təsdiqləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol