Qızılın qiymətində enmə müşahidə edilir.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, satıcılar bildirirlər ki, son bir həftədə qızılın satış qiyməti nisbətən düşüb.
Qızıl ucuzlaşdığı zaman investorlar bu məhsula yatırım etmək istəyirlər. Bəs baha alınıb ucuz satılan qızıla yatırım etmək nə qədər sərfəlidir?
İqtisadçı Rəşad Həsənov hesab edir ki, indiki vəziyyətdə qızıl əşyalarına yatırım etmək risklidir. Onun sözlərinə görə, qızıl bazarında qiymətlər tez-tez dəyişir. Odur ki, bu məhsula investisiya etmək arzusunda olan şəxslər ehtiyatlı olmalıdırlar.
Satıcıların sözlərinə görə, qızıl alınanda üzərindəki bər-bəzəyi qaşı ilə hesablanırsa, alınan zaman sadəcə qızılın çəkisi qiymətə vurulur. Bu da, müştəri üçün itki sayılır.
Qeyd edək ki, hazırda qızıl bazarında Türkiyə istehsalı olan qızılın bir qramının qiyməti 105, italyan qızılı 125-135, ərəb qızılı isə 145 manatdan başlayır.
Ətraflı süjetdə:
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü