Rusiyanın aktivləri bunun üçün istifadə ediləcək - Kansler

01:50 - 7 May 2024 - GÜNDƏM

 Rusiyanın aktivləri bunun üçün istifadə ediləcək - Kansler

Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizini Kiyevin hərbi ehtiyacları üçün istifadə etməyə razılaşıb.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib.

"Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard avro təşkil edir", - kansler bildirib.

Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra AB və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.

Bu xəbər hal-hazırda çox oxunur
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol