Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Şərq.az-a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş edib:
“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb:
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
“Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər”.
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...