Ermənistan polisi Eçmiədzində silah və sursat gəzdirməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) xəbər yayıb.
Məlumata görə, baş nazir Nikol Paşinyan Eçmiədzinə səfər edəcək, sakinlərlə görüşəcək. Həmçinin o, yerli məktəblərin birinə baş çəkməyi planlaşdırır.
Bundan əvvəl Ermənistan mediasında xəbər yayılmışdı ki, polis sözügedən məktəbin önündə hökumət başçısını “qarşılamaq istəyən” aksiyaçıları saxlayıb. DİN bu xəbərdən sonra saxlanılan şəxslər barədə məlumat yayıb
- Azərbaycandan qurban əti apardı, müsadirə edildi - Video
- Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
- İsraildən Britaniya ilə bağlı sərt addım
- Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır
- Zelenski bu tarixdə Trampla görüşə bilər
- Britaniyadan İsraillə bağlı qadağa
- Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video
- Putin və Tramp arasında telefon danışığı oldu