Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Mersedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.
Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.
- Zelenski bu tarixdə Trampla görüşə bilər
- Britaniyadan İsraillə bağlı qadağa
- Balaxanıda obyekt yanır
- Putin və Tramp arasında telefon danışığı oldu
- “Şəki yaylası”nda faciə - 2 nəfər öldü
- 1658-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Ermənistan Rusiyanı şikayət etdi
- 8 il kişi kimi axtarış olan şəxs qadın olaraq tutuldu - Video