Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan polis əməkdaşları ilə bağlı məsələ gündəmdə qalmaqdadır. Ötən gün rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Məsələ ilə bağlı partiya sədri əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.
Nəşr yazır ki, Baxçalının açıqlamalarından sonra Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalınla təcili gecə görüşüb.
Məsələ ilə bağlı açıqlama verən jurnalist Handə Firat Ərdoğanın təcili iclasında məhkəmə və kəşfiyyat sahəsindəki proseslərin müzakirə edildiyini vurğulayıb.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi