Azərbaycan ərazilərini geri qaytardı, biz də buna çalışırıq

11:58 - 25 May 2024 - GÜNDƏM

 Azərbaycan ərazilərini geri qaytardı, biz də buna çalışırıq

Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

BUTA.TV məktubun mətnini təqdim edir:

"Zati-aliləri.

Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Bu xəbər hal-hazırda çox oxunur
SON DƏQİQƏ: Əhəd Abıyev saxlanılıb?

Bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Rusiya Federasiyası ilə müharibə məcburiyyətində qalan Ukrayna da buna can atır.

Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.

Qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən şəxsi konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm. Ona görə də mən Sizin cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitində iştirakınıza, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol