Azərbaycanın paraatleti Lamiyə Vəliyeva dördqat dünya çempionu olub.
BUTA.TV xəbər verir ki, o, Yaponiyanın Kobe şəhərində keçirilən yarışda T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Vəliyeva finişə 55.03 saniyəyə çatıb.
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
- Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir
- Rusiyanın hazırkı strateji məqsədi budur, lakin... - BBC
- İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - Video
- Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı
- Rusiyada bu hava limanları bağlandı