Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Qurumba kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı yük maşınının təkərini dəyişmək istəyib. Bu zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
- Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
- Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
- “Şəki yaylası”nda həyatını itirən Coşqunun - Fotoları
- Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
- “And olsun vermərəm, Qurban ətidir, nəsə yoxdur” - Aeroportda çətin anlar+Video
- Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
- İsraildən Britaniya ilə bağlı sərt addım
- Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır