2024-cü il aprelin 1-nə Bakı şəhərində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 49 min 358 nəfər artaraq 954 min 365 nəfər olub.
BUTA.TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı şəhərində hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 8% artaraq 1 243,7 manat təşkil edib.
Qeyd edək ki, bu dövrdə ən çox muzdlu işçi sayı Nəsimi rayonunda (218 922), ən çox orta aylıq əməkhaqqı isə Pirallahı rayonunda (2 251,5 manat) qeydə alınıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin aprel ayının 1-nə Bakının rayonları üzrə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı verilib.
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...